Son bir gün ərzində 18 mindən çox yoluxma faktı qeydə alınıb
Türkiyədə son sutkada koronavirusdan daha 165 nəfər vəfat edib.
AYNA xəbər verir ki, ölkədə ötən 24 saatda COVID-19-la əlaqədar 287 947 nəfər test edilib, bunlardan 18 168-i müsbət çıxıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 16 642 nəfər sağalıb.