Türkiyədə “İldırım-6. Qara cəhənnəm” adlı əməliyyat keçirilir

Dünya

19.08.2020 - 14:32

Əməliyyata 747 nəfərlik şəxsi heyət və zirehli texnika cəlb edilib

 

Türkiyənin Bingöl vilayətində “İldırım-6. Qara cəhənnəm” adı altında növbəti antiterror əməliyyatının həyata keçirilməsinə başlanıb. AYNA xəbər verir ki, əməliyyata 747 nəfərlik şəxsi heyət və zirehli texnika cəlb edilib.

 

Bildirilir ki, bundan əvvəl “İldırım” adı ilə təşkil olunan 5 antiterror əməliyyatında ümumilikdə 22 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar nəticəsində terrorçulara məxsus 31 mağara, sığınacaq və silah-sursat anbarı məhv edilib.

 

Milli Müdafiə Nazirliyinin məlumatında isə qeyd olunub ki, Türkiyə qırıcılarının İraqın şimalındakı Zap bölgəsində yerləşən terror düşərgələrinə endirdiyi dəqiq aviazərbələr nəticəsində iki PKK terrorçusu zərərsizləşdirilib.

Müəllif: Ayna.az