Türkiyədə daha 86 nəfər koronavirusdan ölüb

Dünya

11.11.2020 - 23:53

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus can almaqda davam edir

 

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 86 nəfər ölüb.

 

AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib. 

 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  145 989 şübhəli koronavirus testindən keçib, onlardan 2693-nün cavabı pozitiv çıxıb, 2112 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  3095 nəfər olub.

 

Türkiyədə indiyədək 402 053  nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 145 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş