Türkiyədə daha 47 nəfər koronavirusdan ölüb

Dünya

02.09.2020 - 02:32

Koronavirus can almaqda davam edir

 

Türkiyədə son sutka ərzində koronavirusdan 47 nəfər dünyasını dəyişib, 1572 nəfər isə virusa yoluxub.

 

AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 6417-yə, yoluxanların sayı isə 271 705-ə yüksəlib. Son 24 saat ərzində 1003 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

 

 Ümumilikdə sağalan xəstə sayı 247 935-ə çatıb.

Müəllif: Ayna.az