Pandemiya dövründə virusa yoluxanların sayı 4 milyon 875 min 388 nəfərə çatıb
Türkiyədə koronavirus gündəlik yoluxma, ölüm və ağır xəstə sayı təhlükəli dinamika ilə davam etməkdədir. AYNA xəbər verir ki, bu barədə qardaş ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, son sutka ərzində ölkədə COVID-19-a 25 min 980 nəfər virusa yoluxub. Gün ərzində 340 xəstə dünyasını dəyişib, 75 min 182 nəfər sağalıb.
Bununla da, Türkiyədə pandemiya dövründə virusa yoluxanların sayı 4 milyon 875 min 388 nəfərə çatıb. Ümumilikdə 40 min 844 nəfər vəfat edib.