Koronavirus can almağa davam edir
Türkiyədə bu gün koronavirusla bağlı müşahidə edilən vəziyyət açıqlanıb.
AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 24 saatda 120 nəfər bu virusdan ölüb, bununla da ölənlərin sayı ümumilikdə 26 min 237-yə yüksəlib.
Gün ərzində 140 min 120 koronavirus testi aparılıb, onlardan 7 min 795-i müsbət çıxıb.Koronavirus can almağa davam edir
Bu gün 8 min 639 nəfər koronavirusdan sağalıb ki, bununla da sağalanların sayı 2 milyon 379 min 70-ə çatıb.
Vəziyyəti ağır olan xəstələrin sayı 1592-dir.
