Koronavirus can almağa davam edir
Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb. AYNA ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 91 nəfər koronavirusun qurbanı olub.
Son 24 saatda 270 min 426 COVID-19 testi aparılıb ki, bunun da 22 min 898-i müsbət çıxıb. Eyni zamanda, 5 min 947 xəstə sağalıb.