Ölkədə ağır xəstə sayı 1200 nəfərdir
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. AYNA Türkiyə mətbuatına istinafən xəbər verir ki, sutka ərzində 72 nəfər COVID-19-un qurbanı olub.
Bu gün 124 min 15 koronavirus testi aparılıb, onun 9 min 561-i müsbət çıxıb.
Ağır xəstə sayı 1200-dür. 5 min 297 nəfərin müalicəsi tamamlanıb və koronavirusdan sağalıb, bununla sağalanların ümumi sayı 2 milyon 540 min 293-ə yüksəlib.
