Türkiyədə COVID-19 daha 24 nəfərin həyatına son qoyub

Dünya

22.06.2020 - 22:46

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Son bir gündə Türkiyədə koronavirusa daha 1 212 yoluxma qeydə alınıb.

 

AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 188 897 nəfərə çatıb. 

 

Son sutkada qonşu ölkədə 24 nəfər koronavirusdan ölüb. Beləliklə, COVID-19 xəstələrinin sayı 4 974 nəfərə yüksəlib. 

 

Bununla yanaşı, son sutkada 1 293 nəfər koronavirusdan sağalıb. Hazırda Türkiyədə COVID-19-dan sağalanların sayı 161 533 nəfərdir. Nazir bildirib ki, bu gün Türkiyədə koronavirusla bağlı 41 413 test aparılıb. Pandemiya ərzində təhlükəli infeksiya ilə bağlı aparılan teslərin ümumi sayı 2 986 653-dür.

Müəllif: Ayna.az