Son 24 saat ərzində 6 min 93 nəfər virusa yoluxub
Son sutka ərzində Türkiyədə koronavirusdan (COVID-19) daha 195 nəfər vəfat edib. AYNA qardaş ölkə mediasına istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir qeyd edib ki, son 24 saat ərzində 6 min 93 nəfər virusa yoluxub. Bununla da, Türkiyədə COVID-19-a yoluxanların sayı 539 min 291 nəfərə çatıb. Pandemiya dövründə 14 min 900 nəfər ölüb.