Türkiyədə binada baş verən partlayışda 10 nəfər xəsarət alıb

Dünya

28.12.2024 - 22:57

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyənin Kocaeli vilayətində yaşayış binasında məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayış baş verib.

AYNA “TGRT” telekanalına istinadən xəbər verir ki, bu barədə vilayətin valisi Əlhami Aktaş məlumat verib.

Onun sözlərinə görə, 3 mərtəbəli binada baş verən partlayışda 10 nəfər xəsarət alıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş