Türkiyədə ağır yol qəzasında 30 nəfər yaralanıb - FOTO

Dünya

24.11.2024 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Sərnişin avtobusu yük maşını və minik avtomobili ilə toqquşub

Türkiyədə baş verən zəncirvari yol qəzasında 30 nəfər xəsarət alıb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Afyonkarahisarın Emirdağ rayonunda baş verib.

Belə ki, Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu yük maşını və minik avtomobili ilə toqquşub.

Qəzada yaralanan 30 sərnişin Afyonkarahisardakı müxtəlif xəstəxanalara aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Türkiyədə ağır yol qəzasında 30 nəfər yaralanıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş