Türkiyədə 46 qanunsuz miqrant saxlanılıb

Dünya

01.04.2025 - 19:58

Həkimlər Klinikalar SEO Xidməti

Rezin qayıqla dənizi keçməyə cəhd göstərən miqrantlar saxlanılıblar

Türkiyənin İzmir vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 46 nəfər saxlanılıb. AYNA.AZ bu barədə Türkiyə mediasına istinadən bildirir.

Qeyd olunub ki, miqrantlar Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Egey dənizində, İzmirin Dikili rayonunun ərazi sularında aşkarlanıblar.

Rezin qayıq vasitəsilə dənizi keçməyə cəhd göstərən bu şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş