Türkiyədə 300-dən çox hərbçi saxlanılıb

Dünya

08.12.2020 - 12:59

Onlar FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinirlər

 

Türkiyə Ordusunun FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

 

AYNA türkiyə mediasına istinadən bildirir ki, terror təşkilatları ilə əlaqəsi olmaqda şübhəli bilinən 304 hərbçinin saxlanılması üçün əməliyyatlar ölkənin 50 vilayətində paralel şəkildə baş tutub.

 

Aralarında yüksək rütbəli zabitlərin də olduğu həmin şəxslərdən 295-i hazırda fəaliyyətdə olan hərbçilərdir. Onların 193-ü Quru Qoşunlarında, 111-i isə Hərbi Hava Qüvvələrində xidmət edirlər.

 

Qeyd edək ki, bu, Türkiyə Silahlı Qüvvələrində FETÖ üzvlərinin saxlanılması istiqamətində indiyədək keçirilən ən böyük əməliyyatdır.

Müəllif: Ayna.az