“Qardaş Azərbaycanın müstəqillik uğrunda şəhid olan qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik”
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.
AYNA xəbər verir ki, Türkiyə XİN-in X sosial media hesabında yayımlanan paylaşımda deyilir: “20 Yanvar 1990-cı ildə Qardaş Azərbaycanın müstəqillik uğrunda şəhid olan qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik”.