Türkiyə XİN İsveçdə Quranın təhqir olunmasını pisləyib

Dünya

21.07.2023 - 01:18

cedabet dərman SEO Xidməti

Nazirlik: "Bu iyrənc hücumu qəti şəkildə pisləyirik"

Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin təhqir olunmasını pisləyib.

AYNA xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.

“Biz bu gün, iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında Qurana qarşı törədilən iyrənc hücumu qəti şəkildə pisləyirik”, - Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda vurğulanır ki, Türkiyə islamofobiya, ksenofobiya, irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində bu cür hücumların baş verdiyi ölkələrlə birlikdə işləməyə hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş