Türkiyə və Ermənistan nümayəndələrinin 4-cü görüşü: razılıq əldə edilib

Dünya

03.07.2022 - 11:58

Türkiyə və Ermənistan sərhədlərini üçüncü ölkə vətəndaşları üçün açmağa razılaşıb

Vyanada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr – diplomat Serdar Kılıç və Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyanın dördüncü görüşü keçirilib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Onlar Türkiyə ilə Ermənistan arasındakı quru sərhədinin müvafiq olaraq Türkiyə və Ermənistana səfər edən üçüncü ölkə vətəndaşları tərəfindən mümkün qədər tez keçə bilməsi üçün razılaşıblar və bu məqsədlə lazımi prosesi başlatmağa qərar veriblər. Onlar həmçinin Türkiyə ilə Ermənistan arasında birbaşa hava yükdaşımalarının mümkün qədər tez başlaması barədə razılığa gəliblər və bu məqsədlə lazımi prosesin başlanmasına qərar veriblər”, - deyə məlumatda vurğulanıb.

Qeyd edilib ki, görüş zamanı nümayəndələr ölkələr arasında münasibətlərin tam normallaşmasına nail olmaq üçün atılacaq digər mümkün konkret addımları müzakirə ediblər.

“Nümayəndələr normallaşma prosesini ilkin şərt olmadan davam etdirməklə bağlı razılıqlarını bir daha təkrarlayıblar”, - XİN bəyan edib.

Müəllif: Ayna.az