Türkiyə Somalidə kosmodrom tikintisinə başlayıb

Dünya

19.12.2024 - 14:42

cedabet dərman SEO Xidməti

Kosmodromun tikintisi 6 milyard dollar dəyərində qiymətləndirilir

Türkiyə Somalidə kosmodrom tikintisinə başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Afrika ölkəsinin Prezidenti Həsən Şeyx Mahmud  deyib.

Prezident qeyd edib ki, bu layihə iş yerlərinin açılmasına və dövlət büdcəsinin artmasına kömək edəcək.

"Mən şəxsən inanıram ki, Somalidə türk peykləri üçün buraxılış meydançasının yerləşdirilməsinin əhəmiyyəti bu layihənin gətirəcəyi milyardlarla dollar və imkanlardan daha böyükdür", - Somali Prezidenti vurğulayıb.

Kosmodromun tikintisi 6 milyard dollar dəyərində qiymətləndirilir. BƏƏ investorlardan biri ola bilər.

Bildirilir ki, Somalinin coğrafi mövqeyi ballistik raket sınaqları və kosmodrom tikintisi üçün idealdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş