Türkiyə siyasətində yeni qalmaqal

Dünya

26.11.2019 - 17:39

Həkimlər Klinikalar SEO Xidməti

Ərdoğanla Kılıçdaroğlu söz “atışmasına” çıxıb

 

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında yeni qalmaqal gündəmə gəlib. AYNA xəbər verir ki, Kılıçdaroğlu CHP-nin İdarə Heyətinin iclasında ona ünvanlanan ittihamlara cavab verib.

 

Belə ki, Ərdoğanın “Heç bir CHP-liyə partiya sədri olmağı təklif etməmişik. Çünki cənab Kılıçdaroğlundan daha ideal sədr ola bilməz” kinayəli sözlərinə Kılıçdaroğlu “sözün varsa, üzümə de” cavabını verib.

 

Bu ittihamlar son günlər Türkiyə siyasətində böyük gərginliyə səbəb olub. Buna səbəb isə Türkiyənin “Sözcü” qəzetinin yazarı Rəhmi Turanın yazdığı köşə yazısı olub. O, köşə yazılarının birində bir nəfər CHP-linin gizlincə Prezident İqamətgahına gedərək ölkə başçısı Ərdoğanla görüşdüyünü və Prezidentin ona "CHP-in başına sənin kimi vətənpərvər, millətçi şəxsin keçməsi lazımdır. CHP sədri seçilməyin üçün mən də əlimdən gələni edəcəm" dediyini yazıb. İddiaya görə, həmin şəxs də bununla razılaşıb.

 

Həmin şəxsin isə CHP İdarə Heyətinin üzvü, prezidentliyə keçmiş namizəd Məhərrəm İncə olduğu ehtimal edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş