"Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın qurucusudur".
AYNA.AZ E-huquq.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib
O bildirib ki, Heydər Əliyev uzaqgörən liderdir.
"Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə Heydər Əliyevin hazırlıqlarının nəticəsidir. Türkiyə-Azərbaycan münasibətlərində "iki dövlət-bir millət" ideologiyası bu gün iki dövlət arasındakı münasibətləri zirvəyə çıxarıb. Azərbaycan xalqı və hökümətinin 6 fevral 2023-cü ildə Türkiyədə baş verən zəlzələ zamanı göstərdiyi dəstək Heydər Əliyevin mirasıdır. Biz ona minnətdarıq. Onu əbədi olaraq hörmətlə anırıq" , - deyə səfir qeyd edib.