“İrandakı nümayişlər Cənubi Azərbaycana azadlıq vəd etmir”

Siyasət

19.11.2019 - 10:13

Zərdüşt Əlizadə: “Etiraz aksiyalarını ABŞ təşkil etməsə də, etirazçıları ruhlandırır”

 

Son zamanlar dünyanın əksər ölkələrində, hətta fərqli qitələrində etiraz dalğaları geniş vüsət almağa başlayıb. Bəzi qonşu ölkələri, Yaxın Şərqi, o cümlədən müxtəlif respublikaları etiraz dalğaları cənginə alıb.

 

AYNA əməkdaşı mövzu ətrafında politoloq Zərdüşt Əlizadə ilə həmsöhbət olub.

 

- Zərdüşt müəllim, baş verən bir sıra etirazların üst-üstə düşməsi nəyin tərkib hissəsi ola bilər? Yaxud bu proseslərin bir-biri ilə əlaqəsi varmı?

 

- Təbii ki, əlaqəsi var. Fikir versək, bu etirazların Yaxın Şərqdə daha sıx və şiddətli olduğunu görərik. Suriya, Liviya və Yəməndə vətəndaş müharibələrinin başlanması, İraqda kütləvi iğtişaşların səngimək bilməməsi, Livanda baş verən nümayişləri buna misal göstərə bilərik. Bu qarşıdurmalar isə çox zaman insan ölümləri ilə nəticələnir. Hətta bu hərəkatlar minlərlə insanın ölməsi və yaralanmasına səbəb olsa da, Misirdə hərbi diktaturanın devrilməsinə də gətirib çıxardı. Hal-hazırda da bu gərginliklər davam etməkdədir. Çünki İranda yanacağın qiymətinin artmasına görə əhali etiraz edir, Honkonqun Çinə ilhaq olunması prosesi kütləvi etirazlara səbəb olub, Fransa və İngiltərədə küçə yürüşləri keçirilir. Demokratiyanın kamil olmadığı ölkələrdə bu etirazlar qarşıdurmaya səbəb olur və insan ölümləri ilə nəticələnir. Harda ki, demokratik mexanizmlər işləyir, tələfatların qarşısını nisbətən almaq olur. Məsələn, ABŞ-da nisbətən demokratiya var deyə, parlamentdə impiçment məsələsi müzakirə olunur, dinc küçə nümayişləri keçirilir. Amma bu da onu göstərir ki, demokratiya heç də kamil mexanizm deyil. Yenə də digər siyasi cərəyanların arasında ən yaxşı idarəetmə üsulu, məhz demokratiyadır.

- Venesuela, Boliviya, Çin, İran ABŞ-a qarşı çıxan ölkələrdəndir. Venesuela və Boliviyada hakimiyyət əleyhinə etirazlar, İranda əhalinin ayağa qalxması, Honkonqun Çin əleyhinə mübarizəsi - bütün bu proseslərdə ABŞ-ın rolu ola bilər?

 

- Deməzdim ki, bu prosesləri ABŞ şəxsən təşkil edir. ABŞ nümunə olaraq adını çəkdiyim ölkələrin dövlət quruluşundan daha fərqli bir dövlət quruluşu nümunəsi sərgiləyərək, etirazçıları Amerikada olan yaxşı yaşayış modelinin ölkələrində təmin olunmasına ruhlandırır. Lakin onlar da yanılırlar. Çünki Amerikada da hər şey kənardan göründüyü kimi yüksək səviyyədə deyil. Mən 7 dəfə Amerikada olmuşam və ölkənin bir neçə ştat və şəhərlərini gəzmişəm. Buna əsasən deyə bilərəm ki, Amerikanın özündə də xeyli qüsur və problemlər var. Sadəcə Amerika demokratiyası bu qüsurları səsvermə, məhkəmə islahatları ilə aradan qaldırmağa imkan verir. Amma digər ölklərdə bu mexanizmlər işləmədiyi üçün qarşıdurmalar tələfatlarla nəticələnir. Çünki həmin ölkələrdə azad seçki, hakimiyyətin dəyişil

Müəllif: Mərahim Nəsib