Bakalavrlar 7 – 13 iyul tarixlərində seçim etməlidirlər
İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7 – 13 iyul 2025-ci il tarixlərində seçim etməlidirlər. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd olunub ki, iştirakçılar ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Xidmətə keçidi buradan edə bilərsiniz.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunacaq.