Yekaterinburq Məhkəməsi azərbaycanlı barəsində yeni qərar çıxarıb
Yekaterinburq Məhkəməsi Bakir Səfərov barəsində yeni qərar çıxarıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.