Netanyahu ABŞ-a gedir

Dünya

01.07.2025 - 16:50

cedabet dərman SEO Xidməti

Baş nazir Tramp, Vens, Rubio, Heqset və Vitkoffla görüşməyi planlaşdırır

İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasının əvvəlində gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və ABŞ Prezidentinin nümayəndəsi Stiven Vitkoffla görüşməyi planlaşdırdığını bildirib. Bu barədə AYNA.AZ İsrail mediasına istinadən bildirir.

“Gələn həftə ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Vens, dövlət katibi Rubio, müdafiə naziri Heqset, həmçinin Stiv Vitkoff və ticarət naziri Hovard Lutnik ilə görüşlər üçün Birləşmiş Ştatlara səfər etməyim gözlənilir”, - Netanyahu bildirib.

Baş nazirin Nazirlər Kabinetinin iclasında dediyi fikirləri onun ofisi yayıb.

İsrail Nazirlər Kabinetinin rəhbəri əlavə edib: “Bütün bunlar İrana qarşı “Aslan qalxması” əməliyyatı zamanı əldə etdiyimiz böyük qələbə dalğasında baş verir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş