Komitə məlumatı təsdiqləyib
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.
AYNA.AZ xəbər verir ki, Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski dünən axşam saatlarında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən saxlanmış, oğlu daha sonra sərbəst buraxılmışdı.
Şahin Şıxlinskinin azad edilməsi barədə xəbəri Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya təsdiqləyiblər.