Deputatlar “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi məsələsini müzakirə edəcəklər
Bu gün Ermənistan Parlamentinin hökumətin təşəbbüsü ilə çağırılan növbədənkənar iclası keçiriləcək. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, gündəliyə ümumilikdə 22 məsələ daxil edilib.
Deputatlar digər məsələlərlə yanaşı, “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi məsələsini, daha doğrusu, bunun üçün qanunvericilik bazasını hazırlayan böyük paketi də müzakirə etməlidirlər
Xatırladaq ki, inun sahibi, Rusiya şirkətlər qrupu “Taşir” rəhbəri Samvel Karapetyan iki ay müddətinə həbs edilib.