Rusiya-Türkiyə-İran münasibətlərində “Qordi düyünü”

Siyasət

12.02.2020 - 16:15

Rusiyalı politoloq: “Ərdoğanın “Astana formatı”nın bitməsi barədə dedikləri həqiqətdən uzaq deyil”

 

Yaxın Şərqdə gərginlik səngimir. Xüsusilə Suriya üzərində baş verən qarşıdurmalar dünya mətbuatının manşetlərindən düşmür. Bu fonda Rusiya-Türkiyə münasibətləri də ən çox müzakirə olunan məsələlərdən biridir.

 

Mövzu ətrafında AYNA-nın suallarını Rusiya Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzinin baş direktorunun müavini, tarix elmləri doktoru İqor Pankratenko cavablandırıb.

 

- Suriyada davam edən qarşıdurmaların sonunu necə proqnozlaşdırırsınız?

 

- Yalnız bir nəticə ola bilər – Türkiyə ilə Rusiya arasındakı diskalasiya zonalarına yenidən baxılması, sərhədlərin bir daha nəzərdən keçirilməsi. Söhbət Suriyada bir tərəfdən Moskva və müəyyən dərəcədə Tehran tərəfindən nəzarət olunan ərazilərlə Ankaranın nəzarətindəki ərazilər arasındakı sərhədlərdən gedir. Hazırda Moskva ilə Tehranın yanaşması, bölgədə təhlükəsizlik buferi yaratmağa və humanitar fəlakətə çevrilə biləcək yeni qaçqınların qarşısını almağa çalışan Ankaranın planlarına ziddir. Bu ziddiyyəti həll etmək üçün Ankara və Moskva arasında gərgin danışıqlar davam edir. Görünən odur ki, Rusiya tərəfi Əsəd qoşunlarının İdlibə hücumlarını təmin etməklə, Moskva və Dəməşq üçün Ankara ilə dialoqda daha sərfəli şərait yaratmaq istəyir.

Nicat Hacıyev