Ərdoğan: “Bildirmək istəyirəm ki, biz bu istiqamətdə addımlar atmağa hazırlaşırıq”
“Şuşa Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ticarətin inkişafı üçün Orta Dəhlizdən səmərəli istifadə etmək məqsədilə xüsusi nümayəndənin təyin edilməsini təklif edib”. AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatına (OTT) üzv ölkələrin dövlət başçılarının 11-ci Zirvə toplantısında deyib.
Ərdoğan qeyd edib ki, bununla bağlı xüsusi nümayəndə təyin edəcəklər: “Bildirmək istəyirəm ki, biz bu istiqamətdə addımlar atmağa hazırlaşırıq”.