Türkiyə ordusu ilə terrorçular arasında atışma olub

Xəbərlər

12.05.2022 - 22:39

cedabet dərman SEO Xidməti

Türkiyə ordusunun dörd əsgəri və bir mülki vətəndaş yaralanıb

Türkiyənin Qaziantep vilayətində hərbçilərlə PKK/YPG terrorçuları arasında atışma baş verib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Suriyanın Ayn-El Ərəb bölgəsindən Karkamış rayonu və Köprübatı Sərhəd Postu istiqamətində minaatanlardan atəş açılıb.

Atışma nəticəsində Türkiyə ordusunun dörd əsgəri və bir mülki vətəndaş yaralanıb.

Ordunun cavab zərbələri ilə altı terrorçu məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş