Çavuşoğlu: “Ukraynadakı vəziyyət müharibəyə çevrilib”
Türkiyə Montrö Konvensiyasının bütün müddəalarını tətbiq edəcək. AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M.Çavuşoğlu deyib ki, Ukraynadakı vəziyyət müharibəyə çevrilib və Ankara Montrö Konvensiyasının bütün müddəalarını şəffaf şəkildə tətbiq edəcək.
Qeyd edək ki, Montrö Konvensiyası savaş zamanı Türkiyənin savaşda iştirak edən ölkələrin hərbi gəmiləri üçün boğazları bağlaması hüququnu da ehtiva edir.