Françesko Farioli bu ilin martında komandanın baş məşqçisi idi
Türkiyənin "Fatih Karagümrük" futbol klubu baş məşqçisi Françesko Farioli ilə yollarını ayırıb.
AYNA-nın Superliqa təmsilçisinin rəsmi saytına istinadən məlumata görə, italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
32 yaşlı baş məşqçi bu ilin martında komandanın sükanı arxasına keçmişdi.
Qeyd edək ki, Françesko Fariolinin adı "Fənərbağça" ilə yanaşı hallanır.