“Sülh çeşməsi” əməliyyatı və son zamanlarda İŞİD-in qondarma liderlərinə qarşı keçirilən əməliyyatlar qətiyyətimizin göstəricisidir”
Türkiyə Müdafiə Nazirliyi PKK/YPG terror təşkilatının, ən az 800 İŞİD üzvünü Tel Abyad həbsxanasından sərbəst buraxdığını açıqlayıb.
AYNA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Nazirliyin açıqlamasında bildirilir ki, İŞİD təhdidi səbəbilə yüzlərlə itki verən və İŞİD terrorçuları ortaya çıxdığından bəri tərəddüdsüz iradə ilə bölgədə mövcud olan yeganə ölkə Türkiyədir.
“Türkiyə meydanda İŞİD ilə silahlı mübarizə aparan yeganə NATO və koalisiya ölkəsi olaraq, Suriya və İraqda 4 mindən çox radikal İŞİD üzvünü zərərsizləşdirdiyi halda, PKK/YPG terror təşkilatı Tel Abyad həbsxanasından ən az 800 İŞİD üzvünü sərbəst buraxıb. Başda İŞİD olmaqla terror təşkilatlarını bölgədən silib atmaq məqsədi daşıyan “Sülh çeşməsi” əməliyyatı və son zamanlarda İŞİD-in qondarma liderlərinə qarşı keçirilən əməliyyatlar qətiyyətimizin göstəricisidir” - deyə açıqlamada qeyd olunub.