Türkiyə ilə NATO arasında gərginlik

Dünya

27.11.2019 - 18:21

Həkimlər Klinikalar SEO Xidməti

NATO-nun Ankaraya kifayət qədər dəstək verməməsi problemlərə səbəb olub

 

Türkiyənin Suriyanın şimalında PKK/YPG terror təşkilatlarına qarşı apardığı mübarizəyə NATO-nun kifayət qədər dəstək verməməsi, Alyansın Baltikyanı ölkələr və Polşa ilə müdafiə planlarında problemlərə səbəb olub. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə NATO-ya yaxın mənbələrdən açıqlama yayılıb.

 

Açıqlamada bildirilir ki, NATO-nun Türkiyə ilə münasibətləri pozulduğu təqdirdə, Alyansın Rusiya siyasətinə ciddi təsir göstərəcək: “Türkiyənin NATO-dakı nümayəndəsinə Alyansdan bildirilib ki, NATO hələlik YPG-ni terror təşkilatı olaraq tanımır. Belə olan təqdirdə, nümayəndədən Alyansın müdafiə planlarını imzalaması tələb olunub. Türkiyə tərəfi isə bəyan edib ki, NATO YPG-ni terror təşkilatı kimi tanımayanadək imza atılmayacaq”.

 

Hələlik məsələ ilə bağlı NATO-dan və Ankaradan rəsmi açıqlama yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş