Terrorçular "Pençe-Şimşek" əməliyyat zonasında məhv edilib
Türkiyənin silahlı qüvvələrinin xüsusi xidmət orqanları ilə birgə İraqın şimalında keçirdiyi antiterror əməliyyat zamanı PKK-nın 3 silahlısı zərərsizləşdirilib.
Bu barədə AYNA “Anadolu” agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, terrorçular “Pençe-Şimşek” əməliyyat zonasında məhv edilib. Onlar terror təşkilatı üçün məlumat toplayırmış.
Xatırladaq ki, Türkiyə hərbçiləri dünən daha 7 terrorçunu məhv edib.
PKK terror təşkilatı 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyənin təhlükəsizlik orqanlarının 7 500 əməkdaşını və 6 800 dinc sakini qətlə yetiriblər.
ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatı siyahısına daxil edib.