Sərhədinin minalardan təmizlənməsini İsrail şirkət həyata keçirir
Türkiyə ilə Ermənistan arasında sərhədinin minalardan təmizlənməsinə başlanılıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, sərhədinin minalardan təmizlənməsini İsrail şirkət həyata keçirir.
Qeyd edilib ki, Qars əyalətinin Hakyaka rayonunun İbiş kəndində 20 gündür minalardan təmizləmə işləri görülür.
Məlumata görə, gündəlikdə duran əsas məsələ “Doğukapı” sərhəd-keçid məntəqəsinin, “Alican” avtomobil və dəmir yolunun açılmasıdır.