Türkiyə Almaniya və Fransaya nota verib

Xəbərlər

31.05.2022 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

çavuşoğlu: "Sərt reaksiyamızı bildirdik və hər ikisinə notanı təqdim etdik"

Türkiyə Almaniya və Fransaya nota verib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Son günlərdə PKK simvollarının əks olunduğu əski parçaları ilə keçirilən aksiyalara gəlincə, ötən gün Almaniya və Fransa səfirlərini Xarici İşlər Nazirliyinə çağıraraq sərt reaksiyamızı bildirdik və hər ikisinə notanı təqdim etdik”, - XİN başçısı bildirib.

Xatırladaq ki, Avropanın bir sıra ölkələrində, o cümlədən Fransa və Almaniyada PKK terror təşkilatının tərəfdarları aksiya keçiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş