Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində qiyabi həbs qərarı çıxarılıb

Xəbərlər

02.06.2025 - 17:49

cedabet dərman SEO Xidməti

Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.

AYNA.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, Baş Prokurorluğun təqidmatına Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qiyabi icraat başlanaraq istintaqa çağırılmış digər təqsirləndirilən şəxslər barəsində də məhkəmə tərəfindən qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda təqdimatların göndərilməsi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş