Tunisdə komendant saatı ləğv edilib

Dünya

09.06.2020 - 05:37

Qərar parlament və hökumət başçıları ilə məsləhətləşmələrdən sonra qəbul edilib

 

Tunis Prezidenti Qeys Səid COVID-19-la mübarizə çərçivəsində ölkədə tətbiq edilən komendant saatının ləğv edilməsi barədə qərar verib.

 

AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə Prezident dəftərxanası məlumat yayıb.

 

“Prezident Qeys Səid bazar ertəsi, iyunun 8-də respublika ərazisində komendant saatının ləğv edilməsi haqqında qərar qəbul edib”, - məlumatda deyilir. Qərar ölkədə koronavirusa qarşı mübarizə tədbirlərinin “müsbət nəticələri” ilə bağlı parlament və hökumət başçıları ilə məsləhətləşmələrdən sonra qəbul edilib.

 

Qeyd edək ki, iyunun 4-dən etibarən ölkədə vətəndaşların əyalətlər arasında hərəkət etməsinə icazə verilir.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar