Trampın xüsusi nümayəndəsi Ukraynaya səfər edəcək

Dünya

21.12.2024 - 09:45

Həkimlər Klinikalar SEO Xidməti

Tərəflər Keyt Kelloqun səfərinin ilkin tarixini müzakirə ediblər

ABŞ-ın yeni Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi, general Keyt Kelloqun Ukraynaya səfəri planlaşdırılır. Tərəflər artıq səfərin ilkin tarixini müzakirə ediblər.

AYNA “European Pravda”ya istinadən xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bildirib.

Tixi qeyd edib ki, Xarici İşlər Nazirliyi Kelloqun Ukraynaya daha əvvəl elan edilmiş səfərinin hazırlanmasında iştirak edib.

“Bu səfərin tarixi əvvəlcədən müəyyən edilib. Təhlükəsizliyə görə tarixi qeyd etməyəcəyəm. Amma təsdiq edə bilərəm ki, biz Ukraynada general Kelloqu gözləyirik”, - deyə o əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş