Trampın siyasi karyerasına ömürlük son qoyula bilər

Dünya

24.01.2021 - 04:23

Həkimlər Klinikalar SEO Xidməti
ABŞ Senatı Trampın karyerasına həmişəlik son qoya bilər
 
Yanvarın 6-da Konqres binasına edilən hücum aktı ilə əlaqədar olaraq ABŞ-ın keçmiş Prezidenti Donald Trampın fevralın 8-də senatda impiçment həftəsi başlayacaq. AYNA xəbər verir ki, bununla da ABŞ tarixində ilk dəfə prezident vəzifəsindən gedəndən sonra mühakimə ediləcək.
 
Məsələ ilə bağlı açıqlama verən Demokratlar Partiyasının üzvü, Senatın çoxluq lideri Çuk Şumer bununla bağlı Respublikaçılar Partiyası ilə razılığa gəldiklərini və Trampın məhkəməyə hazırlaşması üçün məhkəmə prosesinin 8 fevrala təxirə salındığını bildirib.
 
Qeyd edək ki, Trampa qarşı ittihamlar təsdiqini tapsa, Senat onun siyasi karyerasına birdəfəlik son qoymaq üçün səs verə bilər. Belə ki, Tramp cəmi 4 il prezident olduğu üçün ABŞ qanunlarına görə, onun daha 4 il prezident olmaq şansı var.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş