A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: drivers/Cache_file.php

Line Number: 277

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 173
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

Trampın keçid ofisi müşavirin Ukrayna barədə fikirlərini təkzib edib - Ayna.az

Trampın keçid ofisi müşavirin Ukrayna barədə fikirlərini təkzib edib

Dünya

10.11.2024 - 15:14

cedabet dərman SEO Xidməti

“Lanza seçki kampaniya üçün işçi kimi çalışıb, lakin hazırda Tramp üçün işləmir və ya onu təmsil etmir”

“ABŞ-ın yeni administrasiyası Ukraynaya Rusiya tərəfindən işğal olunmuş ərazilərə nəzarəti bərpa etməkdə kömək etməkdənsə, Ukraynada atəşkəsə nail olmaq yollarına diqqət yetirəcək”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın seçki kampaniyası zamanı baş müşaviri, Respublikaçılar Partiyasının strateqi Brayan Lanza deyib.

Trampın prezidentliyə keçidinə hazırlaşmaq üçün yaradılan keçid ofisi isə Lanzanın Trampın adından danışmadığını bildirib. Keçid ofisinin sözçüsü qeyd edib ki, Lanza seçki kampaniya üçün işçi kimi çalışıb, lakin hazırda Tramp üçün işləmir və ya onu təmsil etmir. Ofisin nümayəndəsi Lanzanın sözlərinin mahiyyəti ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, BBC-yə müsahibəsində Lanza vurğulayıb ki, Tramp administrasiyası gələn ilin əvvəlində ABŞ-da hakimiyyəti təhvil alandan sonra Ukrayna Prezidenti Volodimir Zelenskidən “dünyaya real baxış” versiyasını təqdim etməyi xahiş edəcək: “Əgər prezident Zelenski danışıqlar masası arxasına əyləşib desə ki, biz yalnız Krım da daxil sülhə nail ola bilərik, o, bizə bu məsələdə ciddi olmadığını göstərəcək... Krım artıq yoxdur”.

Lanza Ukrayna xalqına böyük hörmət bəslədiyini vurğulayaraq, ukraynalıların “şir ürəkli” olduğunu bildirib. Bununla belə, o, gələcək ABŞ administrasiyasının prioritetinin "sülh və qətli dayandırmaq" olduğunu söyləyib. Eyni zamanda, o, Co Baydenin hazırkı administrasiyasını və Avropa İttifaqı ölkələrini münaqişənin başlanğıcında Ukraynaya kifayət qədər kömək etmədiklərinə görə qınayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş