Trampa etiraz edən alim işdən qovulub

Dünya

23.04.2020 - 14:08

cedabet dərman SEO Xidməti

“Mən hökumətin belə bir dərmana bu qədər vəsait xərcləməsinə qarşı çıxırdım”

 

ABŞ Prezidenti Donald Tramp tərəfindən koronavirusla mübarizə üçün məsləhət görülən “Hidroksiklorokin” dərmanı bir alimin işdən çıxarılmasına səbəb olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, “Biomedical Advanced” araşdırma və inkişaf şurasının direktoru, professor Rik Brayt Tramp tərəfindən dəstəklənən və tibbi mübahisələrə səbəb olan dərmanı qəbul etmədiyi üçün işdən qovulub.

 

Doktor Brayt dərmanı qəbul etməsi üçün ona təzyiq göstərildiyini bildirib: “Prezidentin koronavirusla mübarizə çərçivəsində təklif etdiyi dərmanın tətbiqi ilə bağlı ziddiyətli fikirlər var idi. Mən hökumətin belə bir dərmana bu qədər vəsait xərcləməsinə qarşı çıxırdım”.

 

“Buna etiraz etdim. Çünki mən bu ölümcül virusa siyasətin qalib gələ bilməyəcəyini bilirəm. İnandığım tək şey elmin qalib gəlməsidir”, - deyə həkim əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş