ABŞ lideri Vensin vəziyyəti gərginləşdirməmək üçün sərt reaksiyasını istəmir
ABŞ Prezidenti Donald Tramp körpüləri yandırmamaq üçün vitse-prezident J.D.Vensə sahibkar İlon Maskı tənqid etməyi qadağan edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.
Dövlət başçısının Mask haqqında sosial şəbəkələrdəki şərhlərinə və Trampla son mübahisəsinə istinad edərək Vensə “ictimai davranışında diplomatik olmağı” tövsiyə etdiyi deyilir.
Qəzet yazır: “Tramp Vensin vəziyyəti gərginləşdirməmək üçün sərt reaksiyasını istəmir – bu, körpülərin bərpası üçün yer buraxan strategiyadır”.
Daha əvvəl Mask “X” sosial şəbəkəsindəki səhifəsində müəmmalı yazı dərc edib.
“Ən çox ehtimal olunan nəticə ən maraqlı nəticədir”, - deyə biznesmen konkret nədən danışdığını qeyd etmədən yazıb.