Tramp: “Ukraynada sülhməramlıların yerləşdirilməsi ən asan məsələdir”

Dünya

27.02.2025 - 09:32

Həkimlər Klinikalar SEO Xidməti

“Ukrayna üzrə danışıqların ən çətin hissəsi sülh sazişinin bağlanması olaraq qalır”

ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhməramlıların yerləşdirilməsindən danışıb. AYNA.AZ xəbər verir ki, onun kabinetin ilk iclası Ağ Evin internet resursunda yayımlanıb.

Trampın sözlərinə görə, bu məsələ “həll edilməsi ən asan məsələdir”. Amerika lideri vurğulayıb ki, Ukrayna üzrə danışıqların ən çətin hissəsi sülh sazişinin bağlanması olaraq qalır: “Əvvəlcə barış lazımdır. Bundan sonra hər şeyi həll etmək daha asan olacaq".

Bundan əvvəl Böyük Britaniya və Fransanın Ukraynaya sülhməramlılarını yalnız kontingentin təhlükəsizliyinin ABŞ tərəfindən təmin edilməsi şərti ilə göndərəcəyi bildirilirdi. Öz növbəsində Tramp münaqişənin həlli ilə bağlı razılıq əldə etdikdən sonra Ukraynada sülhməramlıların yerləşdirilməsinə ehtiyac olduğunu etiraf edib. Həmçinin bunun bütün tərəflər üçün məqbul olan formada olmasının vacibliyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş