Tramp sabah Putinlə telefon danışığı aparacaq

Dünya

17.03.2025 - 13:45

Həkimlər Klinikalar SEO Xidməti

“Hazırda Ukrayna münaqişəsini həll etmək üçün çox yaxşı şans yaranıb”

ABŞ Prezidenti Donald Tramp sabah - martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Tramp Ağ Evdə mətbuat konfransında deyib.

Tramp Rusiya Prezidenti ilə Ukraynanın işğal olunmuş əraziləri məsələsini müzakirə etmək niyyətində olduğunu deyib: “Düşünürəm ki, biz ərazilər və elektrik stansiyaları haqqında danışacağıq, çünki bu, vacib məsələdir”.

“Hazırda Ukrayna münaqişəsini həll etmək üçün çox yaxşı şans yaranıb”, - deyə Tramp qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş