ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı bir sıra sanksiyaları bir il müddətinə uzadıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Söhbət Vaşinqtonun 2022, 2018 və 2014-cü illərdə Ukraynadakı vəziyyətlə bağlı tətbiq etdiyi sanksiyalardan gedir.
Ağ Evdən qeyd edilib ki, Tramp bu məhdudlaşdırıcı tədbirlərin 6 mart 2025-ci ildən sonra qüvvədə qalması qənaətinə gəlib.
Əvvəllər Amerika lideri gələcəkdə Rusiyaya qarşı sanksiyaların ləğvinə çalışacağını desə də, hələlik onlar qüvvədə qalır. Prezident sanksiyaların nə vaxtsa aradan qaldırılacağını bildirib, lakin hazırda Vaşinqton heç kimə qarşı sanksiyaları ləğv etmir.