Tramp Netanyahunu Ağ Evdə qəbul edəcək

Dünya

01.07.2025 - 08:56

cedabet dərman SEO Xidməti

ABŞ və İsrail liderləri arasında görüşün gündəliyi açıqlanmayıb

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “Associated Press” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ və İsrail liderləri arasında gözlənilən görüşün gündəliyi hələlik təfərrüatlı şəkildə açıqlanmayıb.

Bununla belə, tərəflərin ilk növbədə İran və Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş