Tramp İstanbula gələcək?

Dünya

13.05.2025 - 13:05

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə tərəfində Amerika liderinin səfər planı barədə məlumat yoxdur

ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında mümkün danışıqlarda iştirak üçün mayın 15-də İstanbula gəlmək planları ilə bağlı Türkiyənin heç bir məlumatı yoxdur. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyədən olan diplomatik mənbə bildirib.

“Belə bir məlumat yoxdur. Daha yaxşı olar ki, ABŞ Prezidentinin planları barədə Amerika tərəfindən soruşulsun”, - mənbə qeyd edib.

Diplomatik mənbənin sözlərinə görə, Ankara Ukrayna münaqişəsinin həlli ilə bağlı İstanbulda Rusiya və Ukrayna arasında danışıqların baş tutacağını gözləyir.

Bundan əvvəl Tramp Ukrayna ilə bağlı danışıqlar üçün İstanbula səfər edə biləcəyini açıqlayıb. Ağ Ev rəhbəri Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenskinin Türkiyədə birbaşa danışıqlar aparacağına ümid etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş