"Amerikalılar şahidlərin ifadələri haqqında öz fikirlərini söyləməlidir"
ABŞ prezidenti Donald Tramp Konqresdə özünün impiçmenti üzrə dinləmələri biabırçılıq adlandırıb.
AYNA "Report"a istinadən xəbər verir ki, o, Konqresdəki çıxışların bir hissəsinə baxdığını etiraf edib. Dövlət başçısının sözlərinə görə, amerikalılar şahidlərin ifadələri haqqında öz fikirlərini söyləməlidir.
2019-cu ilin sentyabrında Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı ətrafında qalmaqal yaranıb. Məlumata görə, Tramp Zelenskiyə təzyiq göstərib və Baydenə qarşı araşdırmaya başlamağı xahiş edib.