Tramp Əhməd Əş-Şəraa ilə görüşüb

Dünya

14.05.2025 - 16:15

Həkimlər Klinikalar SEO Xidməti

Bu, son 25 ildə iki ölkənin liderləri arasında ilk görüşdür

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şəraa ilə görüşüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu, son 25 ildə iki ölkənin liderləri arasında ilk görüşdür.

Ər-Riyadda keçirilən ABŞ–Körfəz ölkələri sammiti Trampın ikinci prezidentlik müddəti çərçivəsində Səudiyyə Ərəbistanına ilk rəsmi səfəri zamanı baş tutub. 2022-ci ildə Ər-Riyadda keçirilən sonuncu belə sammitdə körfəz regionunun altı ölkəsinin liderləri ilə yanaşı, Misir, İordaniya və İraq rəhbərləri də iştirak ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş